Posts

Showing posts from July, 2019

Express Entry turunun 121 ci mərhələsi

Express Entry turunun nöbəti mərhələsi121ci tur 10 iyul 2019cu il tarixində baş tutub. Sonuncu turda CRS xalı 2 bal azalaraq 460 olub. Xatırladak ki Express Entry turlarının 2019cu ildə indiyədək keçirilən bütün mərhələlərində ən yüksək keçid balı May ayında, 470 bal olub.  Bu turda Kanada höküməti sistemdə qeydiyyatdan keçən 3600 namizədə Kanadada daimi yaşamaq ( Canadian Permanent Resident card ) hüququ əldə etmək üçün dəvətnamə göndərib. Sonuncu tur 2019cu il üçün 13cü, ümumilikdə isə immiqrasiya proqramı başladıqdan bu günə qədər keçirilən bütün Express Entry turları üçün 121ci-dir. Nəzərinizə çatdıraq ki, bu turda heç bir xüsusi proqram nəzərdə tutulmayıb. Ümumiyyətlə, Kanada 2019cu ildə keçirilən Express Entry turları çərçivəsində 45.400 dəvətnamə göndərib. Bu göstərici 2018ci ilin eyni dövründə qeydə alınan rəqmdən yüksəkdir. Kanadanın İmmiqrasiya Planını nəzərə alsaq, bu zaman növbəti turlarda dəvətnamə alan namizədlərin sayının artacağını demək olar.  Xatırladaq ki, Ka

Express Entry xallari nece hesablanir

Kanada Express Giriş programsı vasitəsi ilə hər il yüz minlərlə insan Kanadaya leqal immiqrasiya edir və Kanadada daimi yaşamaq (Canadian Permanent Residence) və işləmək haqqı qazanır.  Kanada Express Entry proqramda qeydiyyat zamanı siz daxil etdiyiniz kriteriyalar əsasında müəyyən bal əldə edirsiniz. Bu balların miqdarı (CRS Score) sizin təhsiliniz, dil biliyiniz, iş təcrübəniz və ailə fərdlərinizin məlumatlarından asılı olaraq çox və ya az ola bilər. Adətən Ekspress Giriş proqramında seçimlərdə dəvətnamə alan namizədlərin ümumi bal göstəricisi 400 xaldan yuxarı olur. Bu səbəbdən bəzi namizədlər alternativ İmmiqrasiya Xətlərindən biri olan Əyalətlərin Seçim Proqramlarına (PNP) qatılırlar. Bu proqramın üstünlüyü ondadır ki siz seçildiyiniz təqdirdə əlavə 600 bal alırsınız. Bu isə öz növbəsində bir daha sonrakı Express Entry seçim turunda sizin dəvətnamə almaq şansınızı qətiləşdirir. Ekspress Entry balını hesablamaq üçün internetdə bir sıra onlayn kalkulyatorlar vardır. Bunların