Express Entry turunun 121 ci mərhələsi


Express Entry turunun nöbəti mərhələsi121ci tur 10 iyul 2019cu il tarixində baş tutub. Sonuncu turda CRS xalı 2 bal azalaraq 460 olub. Xatırladak ki Express Entry turlarının 2019cu ildə indiyədək keçirilən bütün mərhələlərində ən yüksək keçid balı May ayında, 470 bal olub. 
Bu turda Kanada höküməti sistemdə qeydiyyatdan keçən 3600 namizədə Kanadada daimi yaşamaq (Canadian Permanent Resident card) hüququ əldə etmək üçün dəvətnamə göndərib. Sonuncu tur 2019cu il üçün 13cü, ümumilikdə isə immiqrasiya proqramı başladıqdan bu günə qədər keçirilən bütün Express Entry turları üçün 121ci-dir.
Nəzərinizə çatdıraq ki, bu turda heç bir xüsusi proqram nəzərdə tutulmayıb. Ümumiyyətlə, Kanada 2019cu ildə keçirilən Express Entry turları çərçivəsində 45.400 dəvətnamə göndərib. Bu göstərici 2018ci ilin eyni dövründə qeydə alınan rəqmdən yüksəkdir. Kanadanın İmmiqrasiya Planını nəzərə alsaq, bu zaman növbəti turlarda dəvətnamə alan namizədlərin sayının artacağını demək olar.
 Xatırladaq ki, Kanada Hökumətinin bəyan etdiyi İmmiqrasiya Planı çərçivəsində 2021ci ilə qədər 1 milyon immiqrant qəbul olunması nəzərdə tutulur.
Ümumilikdə Express Entry turları (Express Entry next draw) bir ay ərzində iki dəfə keçirilir. Turlarda keçid balı dəvətnamə almağa uyğun olan namizədlərə dəvətnamələr göndərilir. Həmin dəvətnamələr (İTA) vasitəsi ilə Kanadada daimi yaşamaq və işləmək hüququ əldə etmək üçün Kanada daimi oturum kartına müraciət olunur. Hər il təqribən 300000ə yaxın namizəd Express Entry sistemi vasitəsi ilə Kanadaya leqal üsulla köçmək üçün haqq qazanır.
Siz də Express Entry proqramında iştirak etmək istəyirsinizsə o zaman proqram üçün lazım olan tələblərə cavab verməlisiniz. Tələblər arasında iş təcrübəsi, təhsil və ingilis dili biliyi  əsas rol oynayan faktorlardan biridir. Nəzərə alın ki, Kanadaya leqalyolla köçmək və yaşamaq üçün Kanada hökumətinin 60dan çox immiqrasiya programı vardır.
Sizə hansı proqramın uyğun olduğunu bilmək üçün bu linkdən istifadə edərək (free assessment) məlumat ala bilərsiniz.



Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası