Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası

Green Card nədir? 

Green Card Amerika Birləşmiş Ştatlarının qanuni immiqrasiya programıdır. Halbuki, bu program əsasən lotereya şəklində həyata keçirilir. Belə ki, Green Card qeydiyyatdan 16 yaşından yuxarı olan hər kəs keçə bilər. Qeydiyyatdan keçmək üçün xüsusi bacarıq yaxud dil biliyi tələb olunmur. Üstəlik qeydiyyat üçün heç bir məbləğ ödəməyinizə ehtiyac yoxdur. Təkcə lazım ola biləcək ehtiyacınız ingilis dilini bilən dostunuz ola bilər.

Green Card qeydiyyatı necə aparılır?

Green Card qeydiyyatından keçmək üçün hər ilin Oktyabr ayında Amerika Birləşmiş Şatalarının Geen Card lotereyasının rəsmi saytına müraciət edə bilərsiniz. Saytda müvafiq qaydalara uyğun olaraq özünüz haqqında məlumatları daxil edirsiniz. Və sonra sizə qeydiyyatdan uğurla keçdiyinizi bildirən kod təqdim olunur. 

Qeydiyyat müddəti nə qədərdir?

Green Card üçün qeydiyyat müddəti adətən 9-11 gün təşkil edir. Başqa sözlə, qeydiyyatdan yalnız həmin günlərdə keçməlisiniz. Dolayısı ilə, qeydiyyat üçün geciksəniz bir il daha gözləməli olacaqsınız. Çünki Green Card qeydiyyatı yalnız məhdud günlərdə aparılır. Qeydiyyatın nə zaman başlayacağını öyrənmək üçün rəsmi səhifəni mütəmadi olaraq nəzərdən keçirməyiniz kifayət edir.

Green Card nəticələri nə zaman açıqlanır?

Green Card lotoreyasının cavabları hər ilin may ayında açıqlanır. Daha əvvəl qeyd olunduğu kimi rəsmi greencard səhifəsində cavabların nə zaman açıqlanacağı barədə məlumatı hər zaman tapa bilərsiniz. 

Xatırladaq ki, Green Card lotoreyasının heç bir ölkədə təmsilçisi yoxdur və ola bilməz. Sadəcə olaraq, Green Card adı ilə fəaliyyət göstərən qurumların fəaliyyəti sadəcə bundan ibarətdir:
* Namizəd ingiliscə bilmir və həmin namizədin yerinə qeydiyyatı həmin qurum aparır
* Daha sonra namizədin qalib gəldiyi təqdirdə həmin qurum qalib gələn şəxsdən onun qeydiyyat nömrəsinin verilməsi üçün pul tələb edir

Bu qədər bəsit.

Green Card Azerbaijan nədir?

Daha öncə də bildirdiyimiz kimi heç bir ölkə yaxud qurum Green Card lotoreyasının təmsilçisi ola bin ilməz. Belə şirkətlər sadəcə ingilis dilini bilməyən insanlardan istifadə edirlər. Daha doğrusu, bəlkə də hardasa hər iki tərəfə də sərf edir, biri işini "aşırdır" digəri pul qazanır. Amma son nəticədə heç kim öz kodunu almaq üçün pul vermək istəmir. 

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir