Posts

Express Entry turunun 121 ci mərhələsi

Express Entry turunun nöbəti mərhələsi121ci tur 10 iyul 2019cu il tarixində baş tutub. Sonuncu turda CRS xalı 2 bal azalaraq 460 olub. Xatırladak ki Express Entry turlarının 2019cu ildə indiyədək keçirilən bütün mərhələlərində ən yüksək keçid balı May ayında, 470 bal olub.  Bu turda Kanada höküməti sistemdə qeydiyyatdan keçən 3600 namizədə Kanadada daimi yaşamaq ( Canadian Permanent Resident card ) hüququ əldə etmək üçün dəvətnamə göndərib. Sonuncu tur 2019cu il üçün 13cü, ümumilikdə isə immiqrasiya proqramı başladıqdan bu günə qədər keçirilən bütün Express Entry turları üçün 121ci-dir. Nəzərinizə çatdıraq ki, bu turda heç bir xüsusi proqram nəzərdə tutulmayıb. Ümumiyyətlə, Kanada 2019cu ildə keçirilən Express Entry turları çərçivəsində 45.400 dəvətnamə göndərib. Bu göstərici 2018ci ilin eyni dövründə qeydə alınan rəqmdən yüksəkdir. Kanadanın İmmiqrasiya Planını nəzərə alsaq, bu zaman növbəti turlarda dəvətnamə alan namizədlərin sayının artacağını demək olar.  Xatırladaq ki, Ka

Express Entry xallari nece hesablanir

Kanada Express Giriş programsı vasitəsi ilə hər il yüz minlərlə insan Kanadaya leqal immiqrasiya edir və Kanadada daimi yaşamaq (Canadian Permanent Residence) və işləmək haqqı qazanır.  Kanada Express Entry proqramda qeydiyyat zamanı siz daxil etdiyiniz kriteriyalar əsasında müəyyən bal əldə edirsiniz. Bu balların miqdarı (CRS Score) sizin təhsiliniz, dil biliyiniz, iş təcrübəniz və ailə fərdlərinizin məlumatlarından asılı olaraq çox və ya az ola bilər. Adətən Ekspress Giriş proqramında seçimlərdə dəvətnamə alan namizədlərin ümumi bal göstəricisi 400 xaldan yuxarı olur. Bu səbəbdən bəzi namizədlər alternativ İmmiqrasiya Xətlərindən biri olan Əyalətlərin Seçim Proqramlarına (PNP) qatılırlar. Bu proqramın üstünlüyü ondadır ki siz seçildiyiniz təqdirdə əlavə 600 bal alırsınız. Bu isə öz növbəsində bir daha sonrakı Express Entry seçim turunda sizin dəvətnamə almaq şansınızı qətiləşdirir. Ekspress Entry balını hesablamaq üçün internetdə bir sıra onlayn kalkulyatorlar vardır. Bunların

Kanadada Təhsil: Kanadada Təhsil Almaq Üçün Tələblər

Kanadaya hər il təxminən 450,000 beynəlxalq tələbə gəlir və müxtəlif təhsil proqramları vasitəsi ilə ölkədə təhsil alır. Bununla belə, Kanada mədəniyyətlər fərqliliyi və zənginliyi baxımından dünyada birinci yerlərdəb birini tutur. Yeri gəlmişkən, Kanadadakı təhsil müəssisələrində dünyanın hər yerindən gələn tələbələr təhsil alır. Həmin tələbələr ölkənin təklif etdiyi yüksək təhsil səviyyəsinə görə məhz Kanadanı seçirlər. Kanadada oxumaqla tələbələr həm keyfiyyətli təhsil alır həm də dünyanın həyat səviyyəsi yüksək olan ölkələrindən birində daimi oturum almaq şansı əldə edir. Kanada Təhsil Vizası (Canadian Study Permit) Təhsil vizası (icazəsi) Kanadada müəyyən vaxt ərzində tələbələrə oxumaq üçün icazə verən sənəddir. Kanadada 6 aydan çox müddətdə təhsil almaq istəyən istənilən şəxs təhsil vizası almalıdır. Lakin, Kanadada təhsil proqramına müraciət etməzdən əvvəl namizədlər müəyyən tələblərə cavab verməlidirlər: ·        Təyin Olunmuş Təhsil Qurumlarından (Designated Learni

Express Entry turunun 26.06.2019 üçün nəticələri

Kanada Ekspress Giriş (Express Entry 120) proqramının növbəti turu 26.06.2019 tarixində keçirilib. Sonuncu mərhələdə 3.350 namizədə Kanadada Daimi Oturum (Canadian Permanent Residency) almaq üçün dəvətnamə göndərilib. Bu turda seçimlərə qatılmaq üçün lazım olan minimum keçid balı 462 olub. Bu göstərici ötən Ekspress Entry turu ilə müqayisədə 3 xal azdır. Ümumiyyətlə Ekspress Entry turlarının hansı sıxlıqla keçirilməsindən asılı olaraq dəvətnamə almaq üçün tələb olunan keçid balı azala yaxud arta bilər. Bundan əlavə olaraq, il ərzində müəyyən sayda Express Entry proqramı daxilində müəyyən immiqrasiya axımları üçün də turlar keçirilir. Sonuncu dəfə bu may ayında baş verib və Federal Skilled Worker proqramı çərçivəsində 500 namizədə dəvətnamə göndərilib. Ümumiyyətlə, bu il Kanada  Ekspress Entry proqramı vasitəsi ilə 34.000 namizədə dəvətnamə göndırib. Bu göstərici keçən ilin bu dövründə qeyd olunmuş göstəricidən xeyli aşağıdır. 2018 ci ilin birinci yarısında göndərilən ümumi dəvətna

Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr

Ehtiyac Duyulan sənədlərin siyahısı Kanadaya səyahət, təhsil və ya sponsorluq ilə getməyinizdən asılı olmayaraq bütün hallarda Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr hazırlamağınıza ehtiyac duyulur. Bu zaman IRCC (Kanada İmmiqrasiya Qaçqınlar və Vətəndaşlıq) sizdən müəyyən sənədlərin hzırlanmasını eləcədə Kanada rəsmi səhifəsindən əldə edə biləcəyiniz ərizələrin doldurulub təqdim edilməsini tələb edir. Bu ərizələr barədə daha ətraflı: İMM 5669  Background/Declaration (IMM 5669) Validation Əgər siz Kanadaya ailə üzvlərinizi sponsorluq proqramı vasitəsi ilə aparırsınızsa o zaman sizdən İMM 5669 formasını hazırlamaq tələb olunur. Bu ərizədə siz ər yaxud arvadınızı, və ya uşaqlarınızı qeyd edə bilərsiniz. Ərizəni buradan yükləmək olar. İMM 5708  Application To Change Conditions Extend My Stay Kanadada müvəqqəti yaşayış icazənizin müddətini artırmaq üçün tələb olunan ərizə. Siz İMM 5708 forması ilə Kanadada qalacağınız müddəti uzada bilərsiniz. Ərizəni buradan yükləyə b

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Image
Kanadaya Ekonomik Imm i qrasiya ( Ekspress Giris ) programlari ucun bir cox hallara Kanada hokumetinin mueyyen etdiyi sistem uzre teyinati verilen Milli Tesnifat Kodlari (NOC) teleb olunur. Bu kodlar namizenlerin muraciet etdiyi programlarda onlarin muracietlerine uygun is tecrubelerinin ve bacariqlarinin olmasini mueyyen edir. NOC sistemi Kanada emek bazarinda movcud olan butun peseleri kodlasdirmaq ucun istifade olunur ve bu peselere verilen kodlara NOC kodu deyilir. Siz immiqrasiya ucun her hansi bir programa muraciet etdiyiniz zaman sizin is tecrubeniz ve is bacariqlariniz hemin sahelere uygun olan NOC kodlari ile mueyyen edilir. NOC kodumu nece tapa bilerem ? Siz duzgun NOC kodunu secdiyinizi gostermek ucun bunu subut eden senedler teqdim etmelisiniz. Bu senedler arasinda en vacib olani sizin is yerinden aldiginiz arayisdir. Nezere alin ki, immiqrasiya ucun teleb olunan is yerinden arayis mektubu is axtararken teqdim etdiyiniz erizelerden tamam ferqlidi

Kanada 2 yeni İmmiqrasiya Pilotuna start verib

Kanada hökuməti iki yeni immiqrasiya pilot proqramı üçün sənədlərin qəbuluna başladığını bildirib. Programlara əsasən, uyğun namizədlər iki il ərzində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərəcək və sonra Kanadada daimi oturum qazanmaq üçün fürsət əldə edəcəklər. Yeni immiqrasiya programları hasılardır? Kanadanın start verdiyi yeni pilot programlar Home Child Care Provider və Home Support Worker pilot adlanır. Mahiyyət etibarı ilə, həmin proqramlar ehtiyacı olan uşaqlara və yaşlılara qayğı, yaxud baxıcılıq etməyi nəzərdə tutur. Programda iştirak etmək üçün namizədlər müəyyən kriteriyalara cavab verməlidirlər. Belə ki, namizədlərin Kanadadan iş icazəsi, uyğun dil bilikləri və ən azı orta təhsili olmalıdır. Bu kriteriyalara cavab verən namizədlər sənədlərini proqrama müvafiq qaydada təqdim edir, və seçildikləri halda Kanadada işləmək və qalmaq hüququ əldə edirlər. Proqramın üstünlükləri Əvvəlki bənzər layihələrdən fərqli olaraq, yeni pilot programlarında namizədlər istədik