Kanadada Təhsil: Kanadada Təhsil Almaq Üçün Tələblər


Kanadaya hər il təxminən 450,000 beynəlxalq tələbə gəlir və müxtəlif təhsil proqramları vasitəsi ilə ölkədə təhsil alır. Bununla belə, Kanada mədəniyyətlər fərqliliyi və zənginliyi baxımından dünyada birinci yerlərdəb birini tutur. Yeri gəlmişkən, Kanadadakı təhsil müəssisələrində dünyanın hər yerindən gələn tələbələr təhsil alır. Həmin tələbələr ölkənin təklif etdiyi yüksək təhsil səviyyəsinə görə məhz Kanadanı seçirlər. Kanadada oxumaqla tələbələr həm keyfiyyətli təhsil alır həm də dünyanın həyat səviyyəsi yüksək olan ölkələrindən birində daimi oturum almaq şansı əldə edir.

Kanada Təhsil Vizası (Canadian Study Permit)

Təhsil vizası (icazəsi) Kanadada müəyyən vaxt ərzində tələbələrə oxumaq üçün icazə verən sənəddir. Kanadada 6 aydan çox müddətdə təhsil almaq istəyən istənilən şəxs təhsil vizası almalıdır. Lakin, Kanadada təhsil proqramına müraciət etməzdən əvvəl namizədlər müəyyən tələblərə cavab verməlidirlər:
  • ·       Təyin Olunmuş Təhsil Qurumlarından (Designated Learning İnstitution) alınan qəbul məktubu (universitet yaxud kollec)
  • ·       Maliyyə vəsaiti. Namizədlər Kanadada təhsil alacaqları müddətdə bütün xərclərini qarşılaya biləcək qədər maliyyə vəsaiti göstərməlidirlər.
  • ·       Polisdən kriminal keçmişinin olmaması barədə arayış
  • ·       Müəyyən olunmuş tibb müəssələrindən namizədlərin sağlamlıqlarının yerində olmasını göstərən arayış
  • ·       İmmiqrasiya rəsmisini təhsilinizin yekunlaşmasından sonra ölkənizə dönəcəyinizə dair inandırmaq


Kanadada təhsil alarkən aşağıdakı faktlara diqqər etmək lazımdır:


·       Beynəlxalq tələbələr müəyyən olunmuş təhsil qurumlarından (DLİ) qəbul məktubu almalıdırlar.

·       Kanada təhsil vizası avtomatik olaraq tələbəyə oxuduğu müddət ərzində 20 saat leqal olaraq işləməyə icazə verir. Tələbələr həmçinin tətil vaxtlarında 40 saata qədər işləmə haqqı qazanır. Bu zaman tələbənin etibarlı təhsil vizası, müəyyən olunmuş təhsil qurumlarında ikinci dərəcəli təhsil alması (orta təhsildən sonrakı) lazımdır.

·       Bütün təhsil qurumları öz beynəlxalq tələbələrinin akademik statusları ilə bağlı Kanada İmmiqrasiya və Qaçqınlar Qurumuna hesabat verməlidirlər. Bu zaman, təhsil vizasının tələblərini pozan tələbələrin vizaları alına bilər.
·       Əgər beynəlxalq tələbələrin təhsil aldıqları müddət 8 aydan çoxdursa bu zaman tələbələr təhsil proqramlarının yekunlaşmasından sonra Təhsil Sonrası İş Vizasına (Post Graduate Work Permit) müraciət edə bilərlər. Post Graduate WorkPermit (PGWP) sərbəst iş icazəsi olub Kanadada istənilən müəssisə üçün çalışmağa icazə verir. Əgər sizin təhsil proqramınız iki ildən az, lakin 8 aydan uzun müddətdə davam edirsə bu zaman siz PGWP üçün müraciət edə bilərsiniz. Əgər sizin Kanadada təhsil müddətiniz iki ildən çoxdursa o zaman PGWP icazə müddəti 3 ilə qədər arta bilər.

·       Yuxarıdakı şərtlərə cavab verən beynəlxalq tələbələrin ər və ya arvadları tələbənin Kanadada təhsil aldığı müddət ərzində işləmək üçün açıq iş icazəsinə (open work permit) müraciət edə bilər.

·       Nəzərə alın ki bütün bu sadalanan fürsətlər dil öyrənmək üçün təhsil alan tələbələrə şamil edilmir.

·       Əgər sizin təhsil müddətiniz 6 aydan azdırsa bu zaman sizin Kanadada təhsil almaq üçün icazə almağınıza icazə yoxdur.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası