Kanada 2 yeni İmmiqrasiya Pilotuna start verib

Kanada hökuməti iki yeni immiqrasiya pilot proqramı üçün sənədlərin qəbuluna başladığını bildirib. Programlara əsasən, uyğun namizədlər iki il ərzində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərəcək və sonra Kanadada daimi oturum qazanmaq üçün fürsət əldə edəcəklər.

Yeni immiqrasiya programları hasılardır?


Kanadanın start verdiyi yeni pilot programlar Home Child Care Provider və Home Support Worker pilot adlanır. Mahiyyət etibarı ilə, həmin proqramlar ehtiyacı olan uşaqlara və yaşlılara qayğı, yaxud baxıcılıq etməyi nəzərdə tutur.

Programda iştirak etmək üçün namizədlər müəyyən kriteriyalara cavab verməlidirlər. Belə ki, namizədlərin Kanadadan iş icazəsi, uyğun dil bilikləri və ən azı orta təhsili olmalıdır.

Bu kriteriyalara cavab verən namizədlər sənədlərini proqrama müvafiq qaydada təqdim edir, və seçildikləri halda Kanadada işləmək və qalmaq hüququ əldə edirlər.

Proqramın üstünlükləri

Əvvəlki bənzər layihələrdən fərqli olaraq, yeni pilot programlarında namizədlər istədikləri vaxt iş yerlərini dəyişə bilərlər.

Bundan əlavə, onlar öz ailə fərdlərini də özləri ilə birlikdə Kanadaya gətirə bilər. Bu zaman namizədin ailə üzvləri ya açıq iş icazəsi yaxud da təhsil icazəsi ilə Kanadaya gələ bilər.

Home Child Care Provider Pilot və Home Support Worker pilot proqramlarının digər bir üstünlüyü ondadır ki, artıq xaricdən baxıcı tutan ailələr əvvəlki proqramlardan olduğu kimi xüsusi icazə almaq üçün LMİA adlanan proseduraya baş vumaq məcburiyyətində deyillər.

Muraciət etdikləri halda namizədlərin sənədlərinə baxilma və prosedura muddəti təxminən 1 il çəkir. Daha sonra, müvafiq sahədə 2 il çalışan işçilər sadəcə 6 ay kimi qısa bir müddət ərzinə Kanada daimi oturumu ala bilər (Canadian PR).
Adı çəkilən pilot programlarına  Kanada xaricindən qoşulmaq üçün lazım olan səndləri toplamaq və ailə fərdləri üçün açıq iş və ya təhsil icazəsi üçün müraciət etmək lazımdır.

Lakin, əgər siz Kanada daxilində isəniz və effektiv iş icazəniz varsa, o zaman uyğun sahədə iki il çalışaraq Kanada oturumu üçün müraciət edə bilərsiniz.
Ümumiyyətlə Kanadaya immiqrasiya etmək üçün 60 dan çox rəsmi miqrasiya programı vardır.

 Əgər siz hansı program vasitəsi ilə Kanada daha tez gələ biləcəyiniz bilmək istəyirsinizsə pulsuz qiymətləndirmədən keçə bilərsiniz.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası