Express Entry turunun 26.06.2019 üçün nəticələri

Kanada Ekspress Giriş (Express Entry 120) proqramının növbəti turu 26.06.2019 tarixində keçirilib. Sonuncu mərhələdə 3.350 namizədə Kanadada Daimi Oturum (Canadian Permanent Residency) almaq üçün dəvətnamə göndərilib. Bu turda seçimlərə qatılmaq üçün lazım olan minimum keçid balı 462 olub. Bu göstərici ötən Ekspress Entry turu ilə müqayisədə 3 xal azdır.

Ümumiyyətlə Ekspress Entry turlarının hansı sıxlıqla keçirilməsindən asılı olaraq dəvətnamə almaq üçün tələb olunan keçid balı azala yaxud arta bilər. Bundan əlavə olaraq, il ərzində müəyyən sayda Express Entry proqramı daxilində müəyyən immiqrasiya axımları üçün də turlar keçirilir. Sonuncu dəfə bu may ayında baş verib və Federal Skilled Worker proqramı çərçivəsində 500 namizədə dəvətnamə göndərilib.

Ümumiyyətlə, bu il Kanada  Ekspress Entry proqramı vasitəsi ilə 34.000 namizədə dəvətnamə göndırib. Bu göstərici keçən ilin bu dövründə qeyd olunmuş göstəricidən xeyli aşağıdır. 2018 ci ilin birinci yarısında göndərilən ümumi dəvətnamələrin sayı 39700 olub. Bu isə o deməkdir ki, keçən il ilə müqayisədə bu il 5700 dəvətnamə az göndərilib.

Lakin, əgər biz Kanadanın İmmiqrasiya Planını nəzərə alsaq, hansı ki 2021ci ilə qədər 1.000.000 immiqrant qəbul etməyi planlaşdırır, deyə bilərik ki növbəti Ekspress Entry turlarında namizədlərə göndərilən dəvətnamələrin sayı arta bilər.
Ümumiyyətlə Ekspress Entri bir immiqrasiya programı deyil, daha çox Kanada Qaçqınlar və Vətəvdaşlıq Dövlət Qurumu tərəfindən tətbiq edilən immiqrasiya sistemidir.

Bu sistem müxtəlif ekonomik programlar çərçivəsində uyğun namizədlərin Kanadada daimi oturum şansı qazanması üçün istifadə olunur. Ekspress Entri sistemi çərçivəsində istifadə olunan proqramların bəziləri bunlardır:
  • Federal Skilled Workers Class
  • Federal Skilled Trades Class
  • Canadian Experience Class
Son vaxtlar Kanadanın 2020ci ilə qədər 1 milyon immiqrant qəbulu planı çərçivısində yeni immiqrasiya pilotların start verməsi Kanadaya daimi olaraq getmək istəyən şəxslərin marağına səbəb olub.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası