Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr

Ehtiyac Duyulan sənədlərin siyahısı

Kanadaya səyahət, təhsil və ya sponsorluq ilə getməyinizdən asılı olmayaraq bütün hallarda Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr hazırlamağınıza ehtiyac duyulur. Bu zaman IRCC (Kanada İmmiqrasiya Qaçqınlar və Vətəndaşlıq) sizdən müəyyən sənədlərin hzırlanmasını eləcədə Kanada rəsmi səhifəsindən əldə edə biləcəyiniz ərizələrin doldurulub təqdim edilməsini tələb edir. Bu ərizələr barədə daha ətraflı:

İMM 5669  Background/Declaration (IMM 5669) Validation

Əgər siz Kanadaya ailə üzvlərinizi sponsorluq proqramı vasitəsi ilə aparırsınızsa o zaman sizdən İMM 5669 formasını hazırlamaq tələb olunur. Bu ərizədə siz ər yaxud arvadınızı, və ya uşaqlarınızı qeyd edə bilərsiniz. Ərizəni buradan yükləmək olar.

İMM 5708  Application To Change Conditions Extend My Stay

Kanadada müvəqqəti yaşayış icazənizin müddətini artırmaq üçün tələb olunan ərizə. Siz İMM 5708 forması ilə Kanadada qalacağınız müddəti uzada bilərsiniz. Ərizəni buradan yükləyə bilərsiniz.

IMM 0008  Application for Permanent Residence in Canada

İMM 0008 ərizə forması Kanada Ailə İmmiqrasiya (Family Class Sponsorhip) proqramı ilə Kanadada daimi oturum (Permanent Residence) almaq üçün istifadə olunur. Dolayısı ilə əgər siz Kanadaya belə bir proqram vasitəsi ilə miqrasiya edirsinizsə o zaman sizə İMM 0008 ərizə forması lazım olacaq.

İMM 1283 Financial Evaluation form for Sponsorship

Əgər siz sponsor kimi ailə üzvlərinizi Kanadaya gətirmək istəyirsinizsə, bu zaman sizə onlar Kanadada olarkən ailə üzvlərinizi maddi baxımdan təmin edə biləcəyinizi göstərən ərizə forması lazımdır.

IMM 5292: A Confirmation Of Permanent Residence

Əgər siz Kanadaya daimi oturum (Canadian PR) statusu ilə gedirsinizsə, bu zaman Kanadaya girməmişdən əvvəl gömrük giriş zonasında bu ərizəni tam doldurulmuş qaydada təqdim etməlisiniz.

İMM 1294 Application for a study permit made outside of Canada

Əgər siz Kanadaya təhsil üçün gedirsinizsə bu zaman tələb olunan sənədlərə İMM 1294 ərizə formasını da əlavə etməlisiniz. Formanı buradan yükləyə bilərsiniz.

İMM 5709 Study permit extension in Canada

Bu ərizə formasl Kanadada təhsil alarkən təhsil icazəsinin (study permit) müddətinin artırılması üçün istifadə olunur.

IMM 5644  PR Card Document Checklist

İMM 5644 ərizə forması Kanada daimi oturumu olan şəxslərin daimi oturum kartlarının (PR Card) müddətini artırmaq üçün lazım olan sənədləri özündə əks etdirir. Formanı buradan yükləmək olar.

IMM 5707 information about your family

IMM 5707 forması Kanadaya müvəqqəti səyahət zamanı (TRV) ərizə verilməsi, təhsil və eləcə də iş icazələrinin alınması zamanı istifadə olunur.

İMM 1344  Sponsor Family Members to Canada

Bu əlavə sizə yaxın ailə fərdlərinizi Kanadaya aparmaq üçün sənəd hazırladıqda lazım olacaq. Ərizəni yükləmək üçün bu linkə keçə bilərsiniz.

İMM 5406 Additional Family İnformation

Əgər siz Kanadaya daimi oturum kartı (PR Card) alaraq immiqrasiya edirsinizsə, o zaman lazım olan sənədləşmələr sırasında İMM 5406 ərizə formasına ehtiyac vardır.

İMM 5409 Statutory Declaration Of Common-Law Union

Bu ərizə forması Kanadaya İmmiqrasiya etməyi planlaşdıran və viza ərizələrinə daimi yaşadıqları (evli deyil) şəxsləri əlavə etmək istəyən individuallar üçün nəzərdə tutulub.

İMM 5444 Application for permanent resident card

Kanada daimi oturum kartı olan şəxslər kartın etibarlılıq müddətinə 9 ay və daha az qaldığı müddətdən etibarən İMM 5444 forması vasitəsi ilə kartı yenisi ilə əvəzləyə bilər. Ərizəni buradan yükləyə bilərsiniz.

İMM 5475 Authority to Release Personal Information

Əgər siz Kanadaya viza yaxud immiqrasiya üçün müraciət etmisinizsə bu zaman sizin ərizənizin statusu haqqında digər üçüncü bir şəxsə məlumat verilməsi üçün sizin icazəniz lazımdır. İMM 5475 məhz sizdən həmin icazənin alınması üçün Kanada hökümətinin müəyyən etdiyi ərizə formasıdır.

İMM 5476 use of a representative

Siz Kanadaya immiqrasiya etmək yaxud viza almaq üçün lazım olan sənədləşmələri aparmaq, və ya sizin adınızdan immiqrasiya yaxud viza ilə bağlı çıxış etmək üçün rəsmi nümayəndə təyin edə bilərsiniz. Bu zaman sizə İMM 5476 forması lazım olacaq. Həmin formanı yükləmək üçün.

İMM 5257 application for Temporary Resident Visa

İMM 5257 ərizə forması Kanadaya müvəqqəti qalmaq yaxud səyahət etmək üçün viza müraciətləri zamanı sənədlərin hazırlanmasında istifadə olunur. Ərizəni bu linkdən əldə edə bilərsiniz.

İMM 5645 Family İnformation

Kanadaya turistik məqsədlər və ya müvvəqqəti səyahət üçün sənəd hazırladıqda sizdən ailəniz haqqında məlumatlar tələb olunur. Həmin məlumatları bu ərizə formasında əks etdirə bilərsiniz.

İMM 5710  Work Permit Extension

İMM 5710 (İş Vizasının Uzadılması) forması vasitəsi ilə siz Kanadada etibarlılıq müddəti olan iş icazənizi artırmaq üçün müraciət edə bilərsiniz. Formanı buradan yükləyə bilərsiz.

Bütün bu ərizə formaları ilə bağlı suallarınızı yaxud Kanadaya Leqal İmmiqrasiya ilə bağlı rəsmi müraciətlərinizi canadapt.ca saytına edə bilərsiniz. Kanadaya İmmiqrasiya ilə bağlı leqal və peşəkar xidmət göstərən və bir Kanada şirkəti olan Canadapt sizə Kanadaya miqrasiya ilə bağlı bütün məsələlərdə hüquqi xidmət göstərir.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası