Posts

Showing posts from June, 2019

Kanadada Təhsil: Kanadada Təhsil Almaq Üçün Tələblər

Kanadaya hər il təxminən 450,000 beynəlxalq tələbə gəlir və müxtəlif təhsil proqramları vasitəsi ilə ölkədə təhsil alır. Bununla belə, Kanada mədəniyyətlər fərqliliyi və zənginliyi baxımından dünyada birinci yerlərdəb birini tutur. Yeri gəlmişkən, Kanadadakı təhsil müəssisələrində dünyanın hər yerindən gələn tələbələr təhsil alır. Həmin tələbələr ölkənin təklif etdiyi yüksək təhsil səviyyəsinə görə məhz Kanadanı seçirlər. Kanadada oxumaqla tələbələr həm keyfiyyətli təhsil alır həm də dünyanın həyat səviyyəsi yüksək olan ölkələrindən birində daimi oturum almaq şansı əldə edir. Kanada Təhsil Vizası (Canadian Study Permit) Təhsil vizası (icazəsi) Kanadada müəyyən vaxt ərzində tələbələrə oxumaq üçün icazə verən sənəddir. Kanadada 6 aydan çox müddətdə təhsil almaq istəyən istənilən şəxs təhsil vizası almalıdır. Lakin, Kanadada təhsil proqramına müraciət etməzdən əvvəl namizədlər müəyyən tələblərə cavab verməlidirlər: ·        Təyin Olunmuş Təhsil Qurumlarından (Designated Learni

Express Entry turunun 26.06.2019 üçün nəticələri

Kanada Ekspress Giriş (Express Entry 120) proqramının növbəti turu 26.06.2019 tarixində keçirilib. Sonuncu mərhələdə 3.350 namizədə Kanadada Daimi Oturum (Canadian Permanent Residency) almaq üçün dəvətnamə göndərilib. Bu turda seçimlərə qatılmaq üçün lazım olan minimum keçid balı 462 olub. Bu göstərici ötən Ekspress Entry turu ilə müqayisədə 3 xal azdır. Ümumiyyətlə Ekspress Entry turlarının hansı sıxlıqla keçirilməsindən asılı olaraq dəvətnamə almaq üçün tələb olunan keçid balı azala yaxud arta bilər. Bundan əlavə olaraq, il ərzində müəyyən sayda Express Entry proqramı daxilində müəyyən immiqrasiya axımları üçün də turlar keçirilir. Sonuncu dəfə bu may ayında baş verib və Federal Skilled Worker proqramı çərçivəsində 500 namizədə dəvətnamə göndərilib. Ümumiyyətlə, bu il Kanada  Ekspress Entry proqramı vasitəsi ilə 34.000 namizədə dəvətnamə göndırib. Bu göstərici keçən ilin bu dövründə qeyd olunmuş göstəricidən xeyli aşağıdır. 2018 ci ilin birinci yarısında göndərilən ümumi dəvətna

Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr

Ehtiyac Duyulan sənədlərin siyahısı Kanadaya səyahət, təhsil və ya sponsorluq ilə getməyinizdən asılı olmayaraq bütün hallarda Kanada Visa Ofislərinə təqdim edilmək üçün ərizələr hazırlamağınıza ehtiyac duyulur. Bu zaman IRCC (Kanada İmmiqrasiya Qaçqınlar və Vətəndaşlıq) sizdən müəyyən sənədlərin hzırlanmasını eləcədə Kanada rəsmi səhifəsindən əldə edə biləcəyiniz ərizələrin doldurulub təqdim edilməsini tələb edir. Bu ərizələr barədə daha ətraflı: İMM 5669  Background/Declaration (IMM 5669) Validation Əgər siz Kanadaya ailə üzvlərinizi sponsorluq proqramı vasitəsi ilə aparırsınızsa o zaman sizdən İMM 5669 formasını hazırlamaq tələb olunur. Bu ərizədə siz ər yaxud arvadınızı, və ya uşaqlarınızı qeyd edə bilərsiniz. Ərizəni buradan yükləmək olar. İMM 5708  Application To Change Conditions Extend My Stay Kanadada müvəqqəti yaşayış icazənizin müddətini artırmaq üçün tələb olunan ərizə. Siz İMM 5708 forması ilə Kanadada qalacağınız müddəti uzada bilərsiniz. Ərizəni buradan yükləyə b

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Image
Kanadaya Ekonomik Imm i qrasiya ( Ekspress Giris ) programlari ucun bir cox hallara Kanada hokumetinin mueyyen etdiyi sistem uzre teyinati verilen Milli Tesnifat Kodlari (NOC) teleb olunur. Bu kodlar namizenlerin muraciet etdiyi programlarda onlarin muracietlerine uygun is tecrubelerinin ve bacariqlarinin olmasini mueyyen edir. NOC sistemi Kanada emek bazarinda movcud olan butun peseleri kodlasdirmaq ucun istifade olunur ve bu peselere verilen kodlara NOC kodu deyilir. Siz immiqrasiya ucun her hansi bir programa muraciet etdiyiniz zaman sizin is tecrubeniz ve is bacariqlariniz hemin sahelere uygun olan NOC kodlari ile mueyyen edilir. NOC kodumu nece tapa bilerem ? Siz duzgun NOC kodunu secdiyinizi gostermek ucun bunu subut eden senedler teqdim etmelisiniz. Bu senedler arasinda en vacib olani sizin is yerinden aldiginiz arayisdir. Nezere alin ki, immiqrasiya ucun teleb olunan is yerinden arayis mektubu is axtararken teqdim etdiyiniz erizelerden tamam ferqlidi

Kanada 2 yeni İmmiqrasiya Pilotuna start verib

Kanada hökuməti iki yeni immiqrasiya pilot proqramı üçün sənədlərin qəbuluna başladığını bildirib. Programlara əsasən, uyğun namizədlər iki il ərzində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərəcək və sonra Kanadada daimi oturum qazanmaq üçün fürsət əldə edəcəklər. Yeni immiqrasiya programları hasılardır? Kanadanın start verdiyi yeni pilot programlar Home Child Care Provider və Home Support Worker pilot adlanır. Mahiyyət etibarı ilə, həmin proqramlar ehtiyacı olan uşaqlara və yaşlılara qayğı, yaxud baxıcılıq etməyi nəzərdə tutur. Programda iştirak etmək üçün namizədlər müəyyən kriteriyalara cavab verməlidirlər. Belə ki, namizədlərin Kanadadan iş icazəsi, uyğun dil bilikləri və ən azı orta təhsili olmalıdır. Bu kriteriyalara cavab verən namizədlər sənədlərini proqrama müvafiq qaydada təqdim edir, və seçildikləri halda Kanadada işləmək və qalmaq hüququ əldə edirlər. Proqramın üstünlükləri Əvvəlki bənzər layihələrdən fərqli olaraq, yeni pilot programlarında namizədlər istədik

Kanadaya Turist Vizası

Image
Kanadaya Turist Vizası nədir? Kanada turist vizası sizə həmin ölkəyə turistik məqsədlər üçün getməyə icazə verir... Bu zaman siz vizanın üzərində göstərilmiş müddətə qədər Kanadada qala bilərsiniz. Lakin, Kanada turist vizası sizə işləməyə, oxumağa yaxud vizada nəzərdə tutulmayan hər hansı bir fəaliyyət göstərməyə icazə vermir. Kanada turist vizasını necə almaq olar? Təbii ki turist vizasını almaq üçün Kanada hökuməti tərəfindən bir çox tələblər vardır. Bunlara bank hesabında pul, daha əvvəlki səyahət tarixçəsi və yaşadığınız ölkəyə istər maddi, istərsə də mənəvi cəhətdən bağlı olduğunuzu göstərən sübutları misal çəkmək olar. Kanadaya Turist Vizası müraciətimi necə gücləndirə bilərəm? Ümumiyyətlə Kanadaya turist kimi getmək istəyən hər bir kəs (yaşadığı ölkədən asılı olaraq) turist yaxud müvəqqəti yaşayış vizası almalıdır.  Bu baxımdan viza müraciətinizi gücləndirə biləcək bir sıra amillər mövcuddur. Məsələn, əgər sizin Kanadada hər hansl bir yaxın dostunuz yaxud qohumların

Kanadaya miqrasiya proqramı: PNP

Image
PNP nədir? PNP (provincial nominee program) Kanadanın immiqrasiya programlarından biridir. Proqram çərçivəsində qeydiyyatdan keçən və son nəticədə uğurlu olan hər bir namizəd Kanadada ömürlük yaşamaq haqqı, dolayısı ilə daimi oturum kartı alır. PNP proqramı Kanadandın rəsmi immiqrasiya medotlarından olub uğurlu namizədlərin Kanadanın əyalətlərində yerləşməsini təmin edir. PNP proqramının üstünlükləri Bu program vasitəsi ilə siz Kanadadın daimi oturum kartına (Canada Permanent Resident Card) sahib olursunuz. Bu isə öz növbəsində Kanada sizə Kanada vətəndaşları kimi eyni hüquqlara sahib olmağınıza, pulsuz tibbi sığorta, təhsil və istədiyiniz yerdə işləyib, yaşamaq imkanı verir. Bundan əlavə, əgər siz Express Entry proqramı vasitəsi ilə Kanadaya miqrasiya etmək üçün kifayət qədər xal toplaya bilmirsizsə PNP sizin üçün əla fürsət ola bilər. Belə ki, proqrama qatılıb uğurlu olan nazimədlərin hər biri əlavə olaraq 600 bal verilir. Bu isə o deməkdir ki, siz Express Entry proqramı

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası

Green Card nədir?  Green Card Amerika Birləşmiş Ştatlarının qanuni immiqrasiya programıdır. Halbuki, bu program əsasən lotereya şəklində həyata keçirilir. Belə ki, Green Card qeydiyyatdan 16 yaşından yuxarı olan hər kəs keçə bilər. Qeydiyyatdan keçmək üçün xüsusi bacarıq yaxud dil biliyi tələb olunmur. Üstəlik qeydiyyat üçün heç bir məbləğ ödəməyinizə ehtiyac yoxdur. Təkcə lazım ola biləcək ehtiyacınız ingilis dilini bilən dostunuz ola bilər. Green Card qeydiyyatı necə aparılır? Green Card qeydiyyatından keçmək üçün hər ilin Oktyabr ayında Amerika Birləşmiş Şatalarının Geen Card lotereyasının rəsmi saytına müraciət edə bilərsiniz. Saytda müvafiq qaydalara uyğun olaraq özünüz haqqında məlumatları daxil edirsiniz. Və sonra sizə qeydiyyatdan uğurla keçdiyinizi bildirən kod təqdim olunur.  Qeydiyyat müddəti nə qədərdir? Green Card üçün qeydiyyat müddəti adətən 9-11 gün təşkil edir. Başqa sözlə, qeydiyyatdan yalnız həmin günlərdə keçməlisiniz. Dolayısı ilə, qeydiyyat üçün ge

Kanadaya Viza | Kanadaya Leqal Miqrasiya

Kanadaya viza almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, istər həyat səviyyəsi, istərsə də təhsil və inkişaf baxımından Kanadaya getmək milyonların arzusudur. Və bu da, təbii olaraq çox başa düşüləndir. Bir çox insan haqlı olaraq Kanadaya viza almağın yollarını axtarır. Ancaq, çox təəssüf ki, internetdə olan çox səthi yaxud yanlış məlumatlar insanların fikrində birmənalı olaraq yanlış düşüncələrin yaranmasına səbəb olur Kanadaya miqrasiya yoxsa Kanadaya viza? Təbii ki, bir çox insanın əsas məqsədi Kanadaya turist kimi yox (ən azından bizdə) orada daimi qalmaq üçün getməkdir. Buna görə də, onlar düşünür ki Kanada vizası almaq həmin ölkəyə immiqrasiya etmək deməkdir. Təbii ki, bir çoxları elə turist vizası ilə Kanadaya gedir və bir “çarəsini” tapıb orada qalır. Halbuki, bəlkə də bir çoxları bilmir ki, Kanadaya miqrasiya etmək üçün 60-dan çox leqal immmiqrasiya programı vardır. Məhz  Kanada  dövlətinin keçən il bəyan etdiyi immiqrasiya planına əsasən, Kanada 2021-ci ilə qədər