Kanadaya Viza | Kanadaya Leqal Miqrasiya

Kanadaya viza almaq üçün nə etmək lazımdır?

Ümumiyyətlə, istər həyat səviyyəsi, istərsə də təhsil və inkişaf baxımından Kanadaya getmək milyonların arzusudur. Və bu da, təbii olaraq çox başa düşüləndir. Bir çox insan haqlı olaraq Kanadaya viza almağın yollarını axtarır. Ancaq, çox təəssüf ki, internetdə olan çox səthi yaxud yanlış məlumatlar insanların fikrində birmənalı olaraq yanlış düşüncələrin yaranmasına səbəb olur

Kanadaya miqrasiya yoxsa Kanadaya viza?

Təbii ki, bir çox insanın əsas məqsədi Kanadaya turist kimi yox (ən azından bizdə) orada daimi qalmaq üçün getməkdir. Buna görə də, onlar düşünür ki Kanada vizası almaq həmin ölkəyə immiqrasiya etmək deməkdir.
Təbii ki, bir çoxları elə turist vizası ilə Kanadaya gedir və bir “çarəsini” tapıb orada qalır. Halbuki, bəlkə də bir çoxları bilmir ki, Kanadaya miqrasiya etmək üçün 60-dan çox leqal immmiqrasiya programı vardır.
Məhz Kanada dövlətinin keçən il bəyan etdiyi immiqrasiya planına əsasən, Kanada 2021-ci ilə qədər 1 milyon immiqrant qəbul etməyi planlaşdırır. Sadəcə olaraq diqqət edin ki, Kanada “immigrant” qəbul etməyi planlaşdırır.
Bu o deməkdir ki, Kanadaya leqal üsul ilə getmək (təbii ki, sizin təhsiliniz, ingilis dili səviyyəniz və s. buna imkan verirsə) daha əlverişlidir. Çünki, əgər siz Kanadaya miqrant kimi miqrasiya etsəniz sizə avtomatik olaraq Kanadanın Daimi Oturum Kartı veriləcəkdir.
Daimi Oturum Kartı vasitəsi ilə siz Kanada vətəndaşları kimi bir çox üstünlüklədrdən faydalanacaq, pulsuz təhsil və tibbi xidmət ala biləcəksiniz.
Kanadaya miqrasiya üçün bir çox programların olmasına baxmayaraq bunlardan hər biri digərindən fərqlənir və hər bir immigrasiya programının öz tələb və xüsusiyyətləri vardır.
Son zamanlar, Kanadaya miqrasiya edənlərin böyük bir qismi Express Entry adlanılan programdan istifadə edir. Bu program 6 ay kimi qısa bir vaxt ərzində sizə ailəniz ilə birlikdə oturum kartı alaraq Kanadaya köçməyə icazə verir.
İstər Express Entry istərsə də digər onlarla əlverişli miqrasiya programları haqqında ətraflı olaraq daimi postlarımızda məlumat tapa bilərsiniz.
Bizi izləməyə davam edin, və Kanadaya tam leqal olaraq miqrasiya yolunu öyrənin.
Nəticədə, iki üsul var. Ya bilmədiyiniz, yaxud tanımadığınız biri sizdən külli miqdarda pul alır, və ya siz öz təhsil və bacarığınız ilə Kanadaya rahat qaydada və leqal üsul ilə miqrasiya edirsiniz.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası