Kanadaya Turist Vizası

Kanadaya Turist Vizası nədir?

Kanada turist vizası sizə həmin ölkəyə turistik məqsədlər üçün getməyə icazə verir... Bu zaman siz vizanın üzərində göstərilmiş müddətə qədər Kanadada qala bilərsiniz. Lakin, Kanada turist vizası sizə işləməyə, oxumağa yaxud vizada nəzərdə tutulmayan hər hansı bir fəaliyyət göstərməyə icazə vermir.

Kanada turist vizasını necə almaq olar?

Təbii ki turist vizasını almaq üçün Kanada hökuməti tərəfindən bir çox tələblər vardır. Bunlara bank hesabında pul, daha əvvəlki səyahət tarixçəsi və yaşadığınız ölkəyə istər maddi, istərsə də mənəvi cəhətdən bağlı olduğunuzu göstərən sübutları misal çəkmək olar.

Kanadaya Turist Vizası müraciətimi necə gücləndirə bilərəm?

Ümumiyyətlə Kanadaya turist kimi getmək istəyən hər bir kəs (yaşadığı ölkədən asılı olaraq) turist yaxud müvəqqəti yaşayış vizası almalıdır.  Bu baxımdan viza müraciətinizi gücləndirə biləcək bir sıra amillər mövcuddur.
Məsələn, əgər sizin Kanadada hər hansl bir yaxın dostunuz yaxud qohumlarınız varsa onlar sizə öz adlarından Kanadaya dəvətnamə məktubu yaza bilərlər. Bu məktubda onlar özləri barədə məlumatları, sizinlə hansı əlaqələrinin olduğunu, sizi neçə müddət tanıdıqlarını qeyd edirlər. Bundan əlavə olaraq məktubda həmçinin sizin məlumatlarınız, Kanadada olarkən planlarınız, harada qonaqlayacağınız və ölkəni hansı tarixdə tərk edəcəyiniz qeyd olunmalıdır.

Kanadaya dəvətnamə üçün məktubu necə ala bilərəm?

Qeyd olunduğu kimi, əgər Kanadada yaşayan yaxın dostlarınız yaxud qohumlarınız varsa onlar sizi Kanadaya dəvət edə bilərlər. Lakin, dəvətnamə məktubu yazmaq üçün həmin şəxslərin ya Kanada vətəndaşlığı ya da daimi oturumları olmalıdır.
Məktub yazarkən onlar:
  • Sizin məlumatlarınızı (ad, soyad)
  • Ünvanınızı
  • Əlaqənizi
  • Səyahətinizin məqsədini
  • Kanadada qalacağınız müddəti və s. göstərirlər
Eyni zamanda, məktubun davamında dəvət edən şəxslər özləri barədə məlumatları, iş yerlərini və ölkədəki statuslarını qeyd edirlər.

Sonda, siz həmin məktubu viza müraciəti edərkən hazırladığınız sənədlər ilə birlikdə viza ofisinə təqdim edirsiniz.  Məktun nə qədər ətraflı tərtib olunarsa, viza almaq şansınız bir o qədər arta bilər. Lakin, istənilən halda heç bir məktub sizə yaxud sizin ərizənizə müsbət cavab veriləcəyinə qarantiya vermir.
Nəzərə alın ki, Kanada Viza Ofisi sizdən məktubun notarial qaydada təsdiq olunmasını istəyə bilər.

Kanadaya miqrasiya ilə əlaqədar daha ətraflı.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası