Kanadaya miqrasiya proqramı: PNP

PNP nədir?

PNP (provincial nominee program) Kanadanın immiqrasiya programlarından biridir. Proqram çərçivəsində qeydiyyatdan keçən və son nəticədə uğurlu olan hər bir namizəd Kanadada ömürlük yaşamaq haqqı, dolayısı ilə daimi oturum kartı alır. PNP proqramı Kanadandın rəsmi immiqrasiya medotlarından olub uğurlu namizədlərin Kanadanın əyalətlərində yerləşməsini təmin edir.

kanadaya miqrasiya

PNP proqramının üstünlükləri

Bu program vasitəsi ilə siz Kanadadın daimi oturum kartına (Canada Permanent Resident Card) sahib olursunuz. Bu isə öz növbəsində Kanada sizə Kanada vətəndaşları kimi eyni hüquqlara sahib olmağınıza, pulsuz tibbi sığorta, təhsil və istədiyiniz yerdə işləyib, yaşamaq imkanı verir.

Bundan əlavə, əgər siz Express Entry proqramı vasitəsi ilə Kanadaya miqrasiya etmək üçün kifayət qədər xal toplaya bilmirsizsə PNP sizin üçün əla fürsət ola bilər. Belə ki, proqrama qatılıb uğurlu olan nazimədlərin hər biri əlavə olaraq
600 bal verilir. Bu isə o deməkdir ki, siz Express Entry proqramı çərçivəsində keçid üçün lazım olan baldan daha çoxunu əldə edirsiniz.

Bir şeyi qeyd etmək istərdik.

Express Entry sistemi Kanadanın bütün ekonomik immiqrasiya programlarına nəzarət edir. Dolayısı ilə bütün ekonomik immiqrasiya programları Express Entry vasitəsi ilə aparılır. PNP də bu kateqoriyaya aid olduğu üçün son nəticədə topladığınız bal yaxud xallar Express Entry profilinizə əlavə olunur.

Programın tələbləri

PNP proqramının tələbləri hansı əyalətin proqramına baş vurmağınızdan asılı olaraq dəyişir. Kanada əyalətlərinin bir çox PNP (Provincial Nominee Program yaxud Əyalət Nominasiya Proqramı) proqramı Kanada ilə hər hansı bir bağlılığı tələb edir (təhsil, iş təcrübəsi və s). Haldbuki, bəzi PNP-lər də vardır ki, Kanadaya bağlı olub olmamanız, ölkədə hər hansı bir təcrübənizin olub olmamasından asılı olaraq sizin iştirakınıza icazə verir.

PNP proqramına necə qatılmaq olar

PNP proqramına Kanada İmmiqrasiya Saytından 2 üsul ilə yazılmaq olar. 
1. Express Entry sistemi
2. Yaxud kağız üzərində (birbaşa əyalətlərə müraciət edərək)

Sizə lazım olan immiqrasiya dəstəyini Kanadanın peşəkar və rəsmi miqrasiya məsləhətçilərindən əldə edə bilərsiniz. Kanadaya miqrasiya çoxlu sənəd işi və diqqət tələb edir, lakin sonda əldə edəcəyiniz nəticə dünyanın ən yaxşı həyat səviyyəsi olan bir ölkəsində yaşamaqdır.

Kanadaya miqrasiya üçün hansı programlara müraciət edə biləcəyinizi və potensialınızı bilmək üçün pulsuz online qiymətləndirmədən keçə bilərsiniz.

Comments

Popular posts from this blog

Kanada Milli Tesnifat Kodlarinin tapilmasi (NOC Code)

Express Entry xallari nece hesablanir

Green Card nədir? Green Card üçün qeydiyyatdan keçmək qaydası